Gəncədə qocalar evində yanğın olub

Gəncədə yanğın hadisəsi baş verib.
 
Ednews-un məlumatına görə hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
 
Qəsəbədə yerləşən qocalar evinin 1 otağında anidən yanğın olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1 otağın 25 kv.m-i metri yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
 
Yanğının baş vermə səbəbləri araşdırılır.