“Dünyada avtomobillərin utilizasiyası 12 il, bizdə isə 4 ildir” Deputatdan ETİRAZ

Milli Məclisin son plenar iclasında avtomobillərin utilizasiyası ilə bağlı qanun layihəsi müzakirə olunub.
 
Ednews xəbər verir ki, məsələ ilə bağlı deputat Vüqar Bayramov feysbuk hesabında paylaşıb.
 
O bildirib ki, Avropa ölkələrində utilizasiya ilə bağlı 2 fərqli praktika var. 
 
“Bunlardan biri ABŞ, digəri Avropa İttifaqının praktikasıdır. Hər ikisində utilizasiya prosesi 12 ildir. Beynəlxalq praktikada utilizasiya müddəti 12 il götürülsə də, bizim layihədə bu, 4 il müəyyən edilir. Bunun əsaslandırılmasına ehtiyac var”.
Deputat vurğulayıb ki, Avropa İttifaqına üzv dövlətlərin təcrübəsini nəzərə alsaq bu sahədə ayrıca qanunun hazırlanması və qəbul olunması daha məqsədəuyğundur. 
“Çünki istehsalat tullantılarının utilizasiyası ilə maşınların utilizasiyası fərqli prosesdir. İşlənmə müddəti dörd ildən artıq olan avtomobillərin utilizasiyaya cəlb edilməsi praktiki olaraq idxal avtomobillərinin xərcini artıracaq. Buna görə də, ödəmə üsullarının konseptual olaraq təkmilləşdirilməsi və vauçerlə nağd ödəniş arasında əlaqənin formalaşdırılmasına ehtiyac var”.
 
Aysel Şahmar