Xəbər verdiyimiz kimi, “Əl-Cəzirə” Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərləri davam edir.
Ednews xəbər verir ki, qonaqlar bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə heyətinin sədri Şahin Seyidzadə ilə görüşüblər. Görüşdə əməkdaşlıq barəsində qarşılıqlı müzakirə aparılıb.
Görüşdə BAMF-ın prezidenti Umud Mirzəyev, BAMF-ın Himayəçilik Şurasının üzvü Aysəba Mirzəyeva, jurnalist Fuad Abbasov iştirak ediblər.
“Əl-Cəzirə” Sənədli Film kanalının fəaliyyətindən bəhs edən Əhməd Məhfuz onun beynəlxalq arenadakı uğurlarını və əldə etdiyi çoxsaylı, önəmli nəaliyyətlərini diqqətə çatdırıb. Danışıqlar zamanı gələcək əməkdaşlıqların inkişafı fonunda Azərbaycanın beynəlxalq film festivallarına ev sahibliyi etməsi və onun zəngin tarixi, mədəniyyəti, gözəl guşələri, əsrarəngiz təbiəti haqqında tanıtım filmlərinin və o cümlədən qlobal mina problem ilə bağlı insan hekayələrinin hazırlanması təşəbbüsü də müzakirə olunub.
"Əl-Cəzirə Sənədli filmlər” departamentinin nümayəndələri İçəri Şəhərdən valeh olduqlarını bildirdilər.
Qeyd edək ki, “Əl Cəzirə” rəsmilərinin səfər proqramı, Azərbaycanda keçirəcəkləri rəsmi görüşlər, region səfərləri və müxtəlif istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Oğuz