Xəbər verdiyimiz kimi, “Əl-Cəzirə” Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərləri davam edir.
Ednews xəbər verir ki, qonaqlar bu gün "CBC" Azərbaycan kanalını ziyarət ediblər. Onlar rəhbərliklə görüşdülər.
Görüşdə iki televiziya rəsmiləri əməkdaşlıq imkanlarını müzakirə ediblər. CBC kanalının texniki imkanları ilə tanış oldular. CBC kanalının studiyasına baş çəkdilər.
Eyni zamanda, onlar studiyanı çox bəyəndiklərini qeyd etdilər.
Ardından CBC FM kanalını da ziyarət etdilər. Burada rusca və ermənicə aparılan yayımlar onların diqqətini çəkdi. CBC kanalının ərəbcə xidmətinə müsahibə verdilər. Və hər iki nümayəndə ərəbcə danışaraq Azərbaycan haqqında təəssüratlarını bölüşdü.

Xatırladaq ki, bu əməkdaşlıq BAMF ilə Əl Cəzirə Media Şəbəkəsi arasında bağlanan anlaşma memorandumuna əsaslanır.