Sadıqbəyli erməninin iddialarını alt-üst etdi

Cəmiyyət 20:59 09.06.2023
Fransanın “Radio Courtoisie” radiostansiyasında bu ölkədə yaşayan azərbaycanlı hüquqşünas, politoloq, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Zaur Sadıqbəylinin erməni əsilli jurnalist Leo Nikolyanla debatı keçirilib.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən Ednews-a bildirilib ki, Mark Borovskinin aparıcılığı ilə idarə olunan “Azad mübahisələr” proqramında baş tutan debat zamanı Qarabağ münaqişəsinin tarixi, münaqişənin inkişafı, Fransanın rolu kimi mövzular müzakirə edilib və suallar cavablandırılıb.
 
Bu debatı təşkil etdiyi üçün radioya təşəkkürünü bildirən Zaur Sadıqbəyli öncə Azərbaycan həqiqətlərinin Fransanın kütləvi informasiya vasitələrində səsləndirilməsinə yol verilmədiyinə, Azərbaycan icmasının mövqeyinin fransız ictimaiyyətinə çatdırılmasına əngəllər törədildiyinə görə Makron hakimiyyətini sərt tənqid edib.
 
Sonra qalmaqallı bəyanatlar müəllifi olan erməni jurnalistinin “Qarabağ qədim zamanlarda böyük Ermənistan imperiyasının tərkib hissəsi olub”, “Azərbaycan o vaxt heç olmayıb”, “ermənilər dünyada birinci xristian xalq olub”, “XX əsrin əvvəllərində Qafqazda müstəqil dövlətlər yaradılanda Qarabağ Ermənistanın tərkibində idi”, “Stalin onu Azərbaycana verib”, “Bunun nəticəsində 1988-ci ildə ermənilər Dağlıq Qarabağ iddiasını irəli sürüblər və müharibə başlayıb” kimi absurd iddialarını faktlar və dəlillərlə rədd edib.
 
İrəvanda doğulduğunu xatırladan Zaur Sadıqbəyli bildirib ki, ermənilərin Qarabağla bağlı yanlış narrativlərini çox eşidib, halbuki münaqişə artıq keçmişdə qalıb. “Bilirsiniz, 2000 ildən sonra biz deyə bilmərik ki, 2000 il əvvəl “böyük Ermənistan” olub...”, - deyə soydaşımız sarkazmla cavab verib.
 
Qars, Kürəkçay müqavilələrini, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi dövrdə İrəvan şəhərinin Ermənistana, bolşeviklərin hakimiyyəti dövründə Qarabağın dağlıq ərazisinə muxtariyyət verilməsi faktlarını diqqətə çatdırıb: “Rusiya Baş Qərargahının XVIII-XIX əsrləri əhatə edən bütün xaritələrində nəinki Qarabağda, eləcə də Ermənistanın özündə bütün toponimlər Azərbaycan dilindədir. Bu o deməkdir ki, azərbaycanlılar dəhşətli ərazi itkilərinə və deportasiyalara məruz qalıblar. İndiki Ermənistan ərazisinin 95 faizini əhatə edən torpaqlarda azərbaycanlılar yaşayıblar. Mənim ulu babalarım orada doğulub. 1918-ci ilin mayın 28-də elan olunmuş Azərbaycan Respublikası təzyiq altında qalaraq sülh əldə etmək üçün İrəvan şəhərini erməni daşnak hökumətinə verməli oldu. Beləliklə, mənim ulu babalarım sağ qala bildilər. Bu sənəd heç vaxt ratifikasiya olmayıb, amma mövcuddur”.
 
Zaur Sadıqbəyli bildirib ki, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və varislərinin təmsil olunduqları 600 minlik Qərbi Azərbaycan İcması baş nazir Nikol Paşinyana müraciət edərək, Ermənistana qayıtmaları üçün şərait yaradılmasını tələb ediblər: “Ermənistanda mövcud olan doktrinaya görə, biz vətəndaşlıq hüquqlarımızdan məhrum olunmuşuq. Ermənistanda yer və qan hüququna malik olan şəxs kimi mən və digər 600 min soydaşımız Ermənistana hər an qayıda bilməliyik”.
 
Zaur Sadıqbəyli xatırladıb ki, 11 yaşı olarkən qardaşı ilə birlikdə Ermənistanda “Qarabağ ermənilərindir” sözünü deməkdən imtina etdikləri üçün erməni qonşuları tərəfindən mismarlı taxtalarla döyülüblər və sol qolunda indiyədək həmin işgəncənin izi qalıb.
 
Leo Nikolyanın “sizə kömək edən ermənilər də vardı” iddiasını rədd edən soydaşımız ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərə diqqəti cəlb edib. “Xeyr. Biz 1988-ci ilin mayın 26-da Ermənistanı tərk etdik və mən heç vaxt Ermənistana qayıda bilmədim. Bizim ailəmizdən sonra bir azərbaycanlı da oradan sağ çıxa bilmədi. Yüz nəfərin əksəriyyəti orada həlak olub, - 219 nəfərin siyahısı var, amma (ən azı) yüzdən çoxu Ermənistanda qətlə yetirilib. Bu haqda kimsə danışırmı?”, - deyə ritorik sual səsləndirib.
 
Azərbaycanın Laçın yoluna nəzarəti öz üzərinə götürməsi məsələsinə aydınlıq gətirən soydaşımız qeyd edib ki, yol hərəkət üçün açıqdır. Halbuki, istənilən ölkədə, o cümlədən Fransada bir qrup insan “biz müstəqil olmaq istəyirik, çünki bizim dilimiz başqadır” deyərsə, bu, ölkədaxili separatçılıq kimi qiymətləndirilir: “Bu gün Azərbaycanın yanaşması çox sadədir. Hər hansı bir şəxs Azərbaycanın Konstitusiyasını, qanunlarını və ərazi bütövlüyünü qəbul edirsə, ölkəmizdə yaşaya bilər”.
 
Leo Nikolyanın dilə gətirdiyi “Əgər Korsika Fransadan müstəqillik istəsə, Makron referendumu qəbul etsə...” ifadəsini aparıcı Mark Borovski yarıda kəsib: “Amma o (Makron) bunu qəbul etməyəcək”.
 
Erməni jurnalist bu məqamda özünə hakim ola bilməyib və Makronu diktator adlandırıb: “Əlbəttə, çünki Makron gizlı diktatordur. Əlbəttə, o, heç vaxt korsikalıların, qaskonların və digərlərinin müstəqilliyini qəbul etməyəcək...”.
 
Zaur Sadıqbəylinin erməni jurnalistinə cavabı belə olub: “Cənab Nikolyan, siz bilirsiniz ki, dünyada heç bir ölkə öz ərazisinin bir hissəsinin qoparılmasını qəbul etməz. Fransızlar da (razı olmaz). Avropada sonuncu (problem) olan Kataloniya idi. İspaniyada da eyni şey oldu. Sabah belə qopma məsələsini Fransada qoyun referenduma. Fransızlar onu rədd edər. Bilirsiniz niyə? Çünki Konstitusiyanın birinci maddəsində “Fransa vahid və bölünməz ölkədir” yazılıb. Bunu başa düşürsünüz? Qarabağ da Azərbaycanın bir bölgəsidir”.
 
Aparıcı Mark Borovski dünya birliyinin, o cümlədən Fransa, Almaniya və ABŞ-ın Qarabağın Azərbaycan torpağı olduğunu rəsmən tanıdığını xatırladanda, Leo Nikolyan “Makron elə özü ermənilərə dedi (bunu)” etirafını boynuna alıb.
 
Zaur Sadıqbəyli bildirib ki, artıq Avropa Birliyinin vasitəçiliyi ilə aparılan danışıqlarda tərəflər qarşılıqlı olaraq Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.
 
Leo Nikolyan isə növbəti qalmaqallı ifadəsini dilə gətirib: “Bilirsiniz ki, mən Avropaya qarşıyam... Şarl Mişel, bağışlayın məni, bir kukladır. Yanında səhər, günorta və axşam Azərbaycana baş əyən o sarışın xanım Ursula Fon der Lyayen olanda, ona hər şey vermək istəyir. Çünki bizə Azərbaycanın verdiyi qaz və neft lazımdır Rusiyaya nəzarət etmək üçün...”.
 
Aparıcı “dayanın, amma Fransanın, Avropanın Ermənistanla bağları var və böyük erməni icması var” və “Fransa bu gün Azərbaycanı seçdi?” fikirlərinə erməni jurnalist “Makronun Fransa hökuməti korrupsiyadan, puldan, çılğın xəmirdən başqa bir şey deyil” cavabını verib. Fransanı “Qarabağ müharibəsi zamanı 7000 erməni əsgərini öldürmək üçün istifadə edilən 2 peyki Azərbaycana satmaqda”, “erməni ordusuna təlim keçmək üçün aşağı dərəcəli zabitlər və əsgərlər göndərməkdə”, Fransanın Ermənistandakı səfiri Ann Luyonu Azərbaycanın xeyrinə casusluq etməkdə və korrupsiyada ittiham edib.
 
Qeyd edək ki, Fransanın Ermənistandakı səfirliyi erməni jurnalistin səfirin ünvanına səsləndirdiyi casusluq və korrupsiya ittihamının əsassız və həqiqətə uyğun olmadığını bəyan edib.
 
Erməni əsilli jurnalist Leo Nikolyan Livanda anadan olub. Fransa televiziyasında çalışıb. 1991-1994-cü illərdə Qarabağda hərbi jurnalist olub, 1997-2003-cü illərdə Ermənistanda, 2023-cü ilin mayından Rusiyada çalışır.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı