Tanınmış teleoperator Tural Qasımov vəfat edib.
Ednews xəbər verir ki, bu barədə məlumatı mərhumun dostları bildirib.
Məlumata görə, Tural Qasımov bu gün günorta saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
O, uzun müddət “Lider” və ATV kanallarında çalışıb. Sonuncu iş yeri isə APA TV olub.
Qeyd edək ki, vəfat edən Tural Qasımov tanınmış jurnalist İlqar Əlfioğlunun övladıdır.