“2000-ci ilə qədər hərbi xidmət keçmiş hərbçilərin pensiya kapitalı yığılmadığı üçün onların pensiyası artmır”.
Ednews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, hərbçilərimizin hüquqlarını qorumaq lazımdır.
“Bu gün birinci zərbəni öz üzərinə sərhəd qoşunları, hərbçilərimiz götürür. Əlahiddə xidmət edən insanların hər hansı şikayəti olmamalıdır. Onların konkret şikayəti üzrə konkret addımlar atılmalıdır. Bu istiqamətdə bütün qurumların dərhal özünə aid məsuliyyəti anlaması lazımdır. Hərbçini incidəcək heç bir fəaliyyət olmamalıdır”, - deyə o əlavə edib.