9775 manat xərcləyib Həcc ziyarətinə getmək savabdır yoxsa...? Müzakirələr davam edir

Cəmiyyət 13:00 16.06.2023

Bu il Həcc ziyarətinin bir nəfərlik  qiyməti 5 750 ABŞ dolları (9775 AZN) təşkil edir. Bu ilki ziyarətdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək. Azərbaycandan bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9 106 manat təyin edilmişdi. Bu il isə məbləğ 9 775 manat təşkil edir.

Hər il olduğu kim bu il də zəvvarların ziyarət üçün ödədikləri fantastik məbləğ böyük müzakirələrə səbəb olub. Demək olar ki, qiymətin bu dərəcədə baha olması ictimaiyyət arasında ajiotaja səbəb olub. 

Bir qisim insan islamın vacib buyrulan 5-ci şərtinin yerinə yetirilməsində qeyri-adi bir hal görməsə də, digərləri bu qiymətə daha savab işlərin görülməsinin vacibliyini vurğulayıblar. 

Bəs həqiqətdə bu necə yerinə yetirilməlidir? Bir dindar üçün hansı şərt daha vacibdir?

Məsələ ilə bağlı Deputat Fazil Mustafa Ednews-a açıqlamasında bildirib ki, insanların inancları ilə bağlı haqqlara girmək doğru deyil.

“İnsanların Həcc ziyarətinə getməsini sorğuluya bilmərik. Lakin ibadətlə yanaşı xeyriyyəçilik də olmalıdır. Amma insanın inancı buna yönəlibsə, onu tənqid və müzakirə etmək olmaz. Həcc ziyarəti İslamın şərtlərindən biridir. Lakin bu məcburi deyil. “Hacı” və yaxud “hacı xanım” adları üçün ziyarətə gedənlər var. Bəziləri isə təmiz niyyətlə ibadət edir. Məbləğ məsələsini qiymətləndirmək çətindir. Azərbaycan daxili ziyarət olmadığı üçün qiymətin artımına hər tərəfli baxmaq lazımdır. Gücü çatan insan ziyarətə getməlidir”.

Deputatın sözlərinə görə, büdcəsi az olan birisi burada da öz xeyir işlərini görə bilər.

“Adi istirahət üçün elə insanlar var ki, Türkiyə və ya Avropaya gedir eləsi də var ki, Azərbaycanın rayonlarına belə gedə bilmir. İndi Türkiyəyə gedəni qınaya bilmərik ki, niyə ora gedirsən? Hər il Həcc ziyarətinə gedənlər var. Amma hər il getmək zərurət deyil. İnanclı insan olduğu məkanda da ibadət edir. Çünki insanın olduğu hər yerdə Allah var. Əsas məqsəd Allahın buyurduqlarına əməl etməkdir. Hər məkanda Allaha ibadət etmək olur. Elə insanlar var ki, düşünürlər ki, istirahət etmək yerinə ibadətlə məşğul olsunlar. Bu da normal yanaşmadır. Fikrimcə, vacib əməlin birini bir dəfə yerinə yetirdinsə kifayətdir. Artıq digər xeyir əməllərə keçməlisən”.

İlahiyyatçı Elşad Miri  mövzuyla bağlı vurğulayıb ki, məsələyə iki tərəfdən yanaşmaq lazımdır.

“Birinci qiymət, digəri isə din tərəfdən. Bu qiymət 10 min yaxındır. Bura təkcə nəqliyyat, səhər yeməyi və hotel daxildir. Digər xərclər bura daxil deyil. Ümumillikdə ziyarətə 12-15 min arası pul lazımdır. Həcc ziyarətinə gedən insanların çoxu varlı təbəqədən deyil. Maaşlarından, öz boğazlarından kəsib pul yığan insanları Həcc ziyarətində görə bilərik. Bəzi insanlar Həcc ziyarətinə gedərkən orada bütün günahlarının yuyulduğunu, özünü anadangəlmə günahsız hiss etdikləri üçün hər il gedirlər”.

İlahiyyatçı Həcc ziyarətinin günah yuma yeri olmadığını diqqətə çatdırıb:

“İnsanlar günlərini daha çox orada hoteldə qalmaqla keçirirlər. Bəzi insanlar orada şeytana daş atmaq üçün gedirlər. Bu çox gülüncdür. Dində belə bir şey yoxdur. Kəbə kub şəklində olan bir obyektdir. Kəbənin özəlliyi və möhtəşəmliyi yoxdur. İnsanlar hara istəyirlərsə gedə bilərlər. Lakin bundan ibadət adı altında istifadə etməsinlər. Quranda Kəbənin ətrafında fırlanmaq yoxdur. Orada əsas məsələ insanların problemlərini həll etmək olduğu halda bu gün oranı turizm bölgəsinə çeviriblər. İnsanlar pulla özünə “hacı” adı alırlar”. 

Sosioloq Lalə Mehralı qeyd edib ki, bu pul yalançı savaba görə xərclənir.

“Həcc ziyarətinin bu ilki qiyməti 10 min civarıdır. Valideynsiz, kasıb 1 və yaxud 2 tələbənin 4 illik təhsil haqqı, 2-3 uşağın əməliyyat pulu, 100 ailənin minimum aylıq ərzaqı, uşaq sığınacağının 2-3 aylıq xərcidir. İndi özünüz baxın, gedib ərəbin cibini şişirməkdirmi savab, yoxsa digər sadaladıqlarımı etməkmi.  Hələ 4-5 qat hacı, hacıxanım olanlar barədə danışmıram. Dəqiq qiymət 9775 manatdır. Bizim ölkədən 1440 zəvvar gedir. Daha doğrusu ərəbin cibinə təkcə bizdən 14 076 000 manat pul axacaq. Görün nə qədər o pulla ehtiyaclı doyar”.

Aysel Şahmar

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Hamısı