Bənövşəyi xəttin 2022-ci ilin dekabr ayında istifadəyə verilmiş yerüstü “Xocəsən” stansiyasına qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytının müvafiq bölməsinə yerləşdirilib.
“Bakı Metropolitenin”dən Ednews-a bildirilib ki, xəttin “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarından “Xocəsən” stansiyası istiqamətində hərəkət edən qatarların cədvəlləri ilə saytda tanış olmaq mümkündür.
Gələcəkdə cədvəllərə ediləcək dəyişikliklər barədə müntəzəm olaraq, sərnişinlərə məlumat veriləcək.