Gecikirik... Qadın, həyat yoldaşı, ana - Uşaqlar

Cəmiyyət 20:32 27.06.2023

Küçədə, metroda gözləri, əlləri bağlı neçə-neçə qızla rastlaşırıq hər gün. Başımız üstündən asılıb fotoları. Onların hüquqları plakatlarda qorunur. Bəs real həyatda?  Çoxumuz bu sosial plakatları hər gün görürük. Boylana-boylana baxırıq, metro vaqonuna minməyə tələsirik. Eskalator boyu qaça-qaça aşağı düşürük. Zamanı itirməmək, iş yerinə, bəlkə görüşə tez çatmaq – hara gediriksə, ora gecikməmək üçün. Qızların müdafiəsinə, onlara kömək etməyə, onları “ər” qucağından almağa isə gecikirik...

Və...     

“Ucarda 16 yaşlı qız ərə verilib”. “DİN Beyləqanda 15 yaşlı qızın ərə verilməsi iddialarını araşdırır”. “Zorla ərə verilən 17 yaşlı qız sığınacağa yerləşdirilib”. “Nişanlanan azyaşlı qızın valideyni polisə çağırıldı”. “Bərdədə azyaşlı cütlüyün nişan mərasimi keçirildi”. “Yetkinlik yaşına çatmayan ana doğuş zamanı vəfat etdi”... xəbərlərini eşidirik. Nə baş verdiyi əslində məlumdur. Maraqlı olan necə, nə səbəbə baş verməsidir.

Biz “tək deyilik”

Qızlarımızı bir çox hallarda tək buraxsaq da, erkən nikah probleminə görə dünyada tək deyilik. Buna sevinəkmi, təəssüflənəkmi?.. Yaxşısı budur, reallığa baxaq.    

Erkən nikah problemi tək Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində aktualdır. Dünyada erkən nikahla bağlı statistikalara nəzər salaq:

“Save the Children” təşkilatının 2020-ci ildə açıqladığı hesabata görə, bütün dünyada 700 milyon qız uşağı 18 yaşına çatmamış nikaha məcbur edilib. Təşkilat bildirir ki, kiçik yaşda evləndirilən qız uşaqlarının sayı ilbəil artır. Hesablamalara görə, bu rəqəm 2050-ci ildə 1 milyard 200 milyona çatacaq.

BMT-nin Uşaqlara Yardım Fondu - UNICEF də dəhşətli rəqəmlər açıqlayıb. Təşkilatın bildirdiyinə görə, dünyada erkən nikahların sayı nisbətən azalsa da, uşaq evliliklərindən xilas üçün daha 300 il lazımdır. Belə ki, UNICEF-in hesabatında bu problemin həllinin 2030-cü ilədək mümkün olmayacağı qeyd edilir.

Son 10 ildə erkən nikahlar ümumi nikahlarla müqayisədə 19 faiz azalıb. Təxminlərə görə, hazırda dünyada yaşayan 640 milyon qız 18 yaşdan əvvəl ərə verilib və hər il 12 milyon qız uşağı zorla nikaha cəlb edilir. Göründüyü kimi, rəqəmlər heç də ürəkaçan deyil. Erkən nikahın miqyası durmadan artır. Problemin kökündə dayanan səbəblərsə müxtəlifdir. Bu səbəblər gender problemləri, qanunların zəif, keçərsiz olması, yoxsulluq, aclıq, qıtlıq kimi qlobal sosial və iqtisadi amillərdən qaynaqlanır. Hətta qlobal iqlim dəyişikliyi də erkən nikaha yol açan səbəblər arasında göstərilir. Dünyada cərəyan edən münaqişələr, təbii fəlakətlər ailələrə yoxsulluq və gərginlik gətirir. Belə vəziyyyət qız uşaqları üçün təhlükəni daha da artırır. Təəssüf ki, çətin maddi duruma düşən ailələr qız uşaqlarını evləndirməyi böhrandan çıxış yolu kimi görür.  

Yazılı, yoxsa yazılmamış qanun – hansı daha güclüdür?

Azərbaycan da erkən nikahla bağlı oxşar taleyi yaşayır. Erkən nikah, əsasən qız uşaqlarının hüquqlarının pozulması hallarında ən çox rast gəlinən mənzərədir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə, 18 yaşına çatmayan hər bir şəxs uşaq hesab edilir və Konstitusiyaya uyğun olaraq dövlət onların hüquqlarının həyata keçirilməsinə nəzarət edir. Yenə həmin Qanuna görə valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftarı, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi və hüquqlarını pozması onların valideynlik hüquqlarından məhrum edilməsinə, habelə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı 2011-ci ildə Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum nikah yaşı 17-dən 18-ə qaldırılıb. Buna baxmayaraq 18 yaşına çatan kimi toy etmək üçün 14-15 yaşlı qızları yeniyetməliklərinin ən gözəl çağında təhsildən uzaqlaşdırıb, nişanlayır, sonra da evləndirirlər. Valideynlər “nişanlamışıq, söz kəsmişik. Yaşı çatanda toy edəcəyik”, deyib iz azdıra bilirlər. Bunun belə olmayacağı, səs-küy aradan qalxdıqda, yeniyetmənin ər evinə göndəriləcəyi şəksizdir.

Övladını xərçəngin cənginə atanlar

Erkən nikah məsələsində valideynin körpə balasına necə qıydığını sağlam düşüncənin qəbul etməsi çox çətindir. Uşaq yaşda evliliklərin sağlamlığa ziyanı, həyat üçün böyük təhlükə daşıması haqda bu qədər yazılır, deyilir, bəzi valideynlər sanki daşdı, dəmirdilər.    

Ginekoloq Təranə Həsənova erkən nikahın yeniyetmə qızların sağlamlığına, həyatına böyük təhlükəsini izah edib:  

“Onkoloji statistikaya nəzər saldıqda görə bilərik ki, uşaqlıq boynu xərçənginə yoluxma riskini artıran ən böyük faktorlardan biri də erkən nikahdır. Hamiləliyin özünün ağır tərəfləri var. Yaşı 18-dən aşağı, 35-dən yuxarı qadınlar bu risk qrupuna daxildir. Yetkinlik yaşına çatmayan şəxslər həm hamiləliyin, həm doğuşun gedişində, həm də  zahılıq dövründə - onların sağlamlığı risk altına düşür. Pre-eklampsiya, eklampsiya kimi hamiləliyi əhatə edən bir sıra mamalıq ağırlaşmaları var. Bu zaman böyrək patalogiyaları yaranır, arterial təzyiq yüksəlir, ayaqlarda ödəm olur və ya cift qopması ilə bətndaxili dölün ölməsi baş verə, ananın həyatı ciddi təhlükə qarşısında qala bilər. Buna da daha çox erkən hamiləlik hallarında rast gəlinir.  18 yaşdan aşağı qızlarda endokrin sistem hələ tam formalaşmır. 18 yaş ona görə qanunda nikah yaşı kimi qeyd olunub ki, bu yaşda orqanizm inkişafını tamamlamış olur. 18 yaşa qədər cinsi akt və hamiləlik zamanı bütün orqanlarda patalogiyalar baş verə bilər. Erkən hamiləlik keçirmiş qadında 25-30 yaşdan sonra müxtəlif endokrin xəstəliklər üzə çıxmağa başlayır. Qalxanabənzər vəz, mədəaltı vəz, böyrəküstü vəzdə bir sıra problemlər yaranmağa başlayır ki, onlar da özü ilə bərabər digər xəstəliklər gətirir. Yumurtalıqlarda da ciddi problemlər yarana bilir. Əgər hamiləlikdə mamalıq patalogiyaları baş verərsə və bu nəzərdən qaçırılarsa, sonu ölümdür”.

Həkim-ginekoloq qeyd edib ki, övladını erkən nikaha təhrik etmiş valideynlər cəzasız qalmamalıdır. Cəza metodu yoxdursa, digər tədbirlər mənasızdır.

“Qazandan bir qaşıq əskilir”?..

Sosioloq Sahib Altay isə diqqəti sosioloji problemlərin həllinə yönəltdi:

“Erkən nikah probleminə qalib gəlmək hələ bir tərəfə qalsın, öncə qarşısını almaq istəyiriksə, iqtisadi, sosioloji problemləri həll etməliyik. O cəmiyyətlərdə erkən nikaha qalib gələ biliblər ki, orada buna səbəb olan həm iqtisadi, həm mənəvi, həm də sosial problemlər öz həllini tapıb. İndiyə kimi insanlığın keçdiyi sosial tarix qapalı və açıq cəmiyyət kontekstinə bölünür. Qapalı cəmiyyətdə rəsmi və ya qeyri-rəsmi senzura var, heç də hər zaman informasiya alıb vermək qabiliyyətinə malik deyil, insanların şəxsi həyatında yazılmamış qanunlar daha çox rol oynayır”.

Sosioloq erkən nikahın bir neçə səbəbini qeyd edib:

“Erkən nikahı formalaşdıran mənəvi səbəb mentalitetdir. Biz hələ də qapalı cəmiyyət olduğumuz üçün kütləviçiliyin fonunda yazılmamış qanunlara, mental dəyərlərə önəm veririk. İkinci factor dindir. Din həddi-büluğa çatmış qız uşağının nikaha daxil olmasına birmənalı olaraq icazə verir. Elm deyir ki, bioloji baxımdan insan 9-15 yaş aralığında yetkinliyə çatmış ola  bilər, lakin psixoloji olaraq hələ yetkinləşməyib. Şəxsi həyat haqqında qərarları müstəqil və azad iradə ilə qəbul etmək üçün insan mütləq 18-20 yaşlara çatmalıdır. Bu yaşlarda insanın aldığı təhsil, sahib olduğu dünyagörüşü, yaşadığı həyat onun düşüncəsinin formalaşmasına təkan verir.  Üçüncü faktorsa iqtisadi səbəblərdir. El arasında belə məsəl var: “Evdəki qazandan bir qaşıq əskilir”. Qızları erkən yaşda ərə verirdilər ki, ailənin maddi yükü azalsın. Hər nə qədər hüquqi dövlət olsaq da qanunlarımızı praktikada həyata keçirə bilmədiyimiz, hüquqi düşüncə və həyat tərzinə sahib olmadığımız üçün hələ də bu kimi məsələləri gözardı edirik, səthi yanaşırıq”.

Nə qədər işləyirik?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir. Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nı təsdiq edib. Qaydada gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, bu işi həyata keçirən dövlət qurumlarının dairəsi və onların funksiyaları  müəyyən edilib. Dövlət Komitəsi, eləcə də nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri digər aidiyyəti qurumlarla bir sıra tədbirlər həyata keçirib. Maarifləndirici və metodoloji vəsaitlər dərc edilib, sosial reklamlar və çarxlar hazırlanaraq yayılıb. Yerli icra hakimiyyətləri tərəfindən belə halların qarşısının alınması istiqamətində ailələrlə görüşlər keçirilib, müvafiq tədbirlər görülüb. Təəsüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələ ki, mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər.

Görülən işlərə baxanda, vəziyyət o qədər də ümidsiz sayılmaz. Problem həm düşüncə tərzindən, həm də iqtisadi çətinliklərdən qaynaqlanır.  Deməli, o zaman qız uşaqlarını qoruya biləcəyik, nə zaman ki, cəmiyyət olaraq erkən nikahın ziyanlı olduğunu dərk edəcəyik. Və bu problemə aparan, onun çözülməsinə mane olan səbəbləri aradan qaldıracağıq.

 

Törə Zeynallı

 

İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
23:40 15.05.2024
Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
23:24 15.05.2024
Səbinə Əliyeva “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib
23:00 15.05.2024
ABŞ-də dövlət bayraqları yarıya endirilib
22:40 15.05.2024
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
22:29 15.05.2024
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb
21:38 15.05.2024
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
21:22 15.05.2024
Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
21:00 15.05.2024
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
20:49 15.05.2024
"Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb
20:38 15.05.2024
Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir
20:29 15.05.2024
Nazir: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik
20:08 15.05.2024
Azərbaycan Prezidenti Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb
20:00 15.05.2024
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib
19:44 15.05.2024
Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
19:33 15.05.2024
Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb
19:20 15.05.2024
Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
19:00 15.05.2024
Karyerasını bitirən Azərbaycan güləşçisi: Mənə Ermənistan idmançılarının qənimi kimi baxırdılar
18:47 15.05.2024
Sabah Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq
18:34 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Küveytdə yeni hökumət and içib
17:50 15.05.2024
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:40 15.05.2024
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
17:40 15.05.2024
Slovakiyanın Baş naziri yaralanıb
17:30 15.05.2024
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
17:20 15.05.2024
Avropa Parlamentinin deputatı Şuşada olub
Avropa Parlamentinin deputatı Şuşada olub
17:10 15.05.2024
Hərbi ekspert: "Erməni polkovnikin rüşvəti rus generalı həbsə apardı" - VIDEO
17:00 15.05.2024
Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir
16:50 15.05.2024
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
16:40 15.05.2024
Bayden və Zelenski yaxın həftələrdə görüşə bilərlər
16:30 15.05.2024
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
16:20 15.05.2024
İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib
16:15 15.05.2024
Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
16:10 15.05.2024
Ədalət Verdiyev: Delimitasiya dayanarsa... - VIDEO
16:05 15.05.2024
Azərbaycanın Yaşıl Enerjiyə yönəlməsi Avrasiya ölkələri üçün həlledici rol oynayacaq – ANALİTİKA
16:00 15.05.2024
Azərbaycan və Özbəkistan fintex bazarında birgə araşdırmalar aparacaqlar
15:50 15.05.2024
SOCAR-ın enerji keçidi sahəsində təcrübəsi Tailandda öyrəniləcək
15:40 15.05.2024
Hamısı