"Sertifikatlaşdırma prosesinin birinci mərhələsi 2022-2027-ci ildə yekunlaşacaq”.
Ednews xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşündə deyib.
Nazirin sözlərinə görə sertifikasiya imtahanlarının keçirilməsində əsas məqsəd təhsilverənlərin tədris keyfiyyətini artırmaqdır.
Qeyd edək ki, sertifikasiya imtahanına 2 il əvvəl başlanılıb. Bu il iyunun 20-23-də ölkə üzrə 20 minə yaxın ibtidai sinif, iyunun 24-də isə 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb edilib.
Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 mindən çox müəllim dəvət olunub.
Aynurə İsmayıl