"Azərbaycanda direktor təyinatı çox şəffaf həyata keçirilir".
Ednews xəbər verir ki bunu Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə deyib.
Nazirin sözlərinə görə direktor təyinatında vacib iki tələbə üstünlük verilir:
"Birinci direktor analitik düşüncə qabiliyyətinə malik olmalıdır. İkincisi isə öz fənninin müəllimi olmalıdır.
Qeyri-ixtisas sahibi olanları məktəbə direktor təyin etmirik. Belə direktorlarımız cəmi 3 faiz təşkil edir. Yaxşı direktor, həm də yaxşı pedaqoq olmalıdır".
Aynurə ismayıl