"Azərbaycan dili fənni ilə bağlı ciddi müzakirəyə ehtiyac var".
Ednews xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda gənc yaşda olanların 60 faizi oxuduğunu anlamır.
"Bu ilki sertifikasiya imtahanında çox asan suallar tərtib edilmişdi. Bunu müəllimlərin özləri də təsdiq edə bilər. Növbəti sertifikasiya imtahanlarında suallar getdikcə təkmilləşəcək və çətinləşəcək. Nitq mədəniyyəti olmayan müəllimlər imtahanda uğur qazana bilməyəcək".
Aynurə İsmayıl