Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddasilə ittiham irəli sürülüb. Məsələ ilə bağlı iqtisadçı – ekspert və REAL partiyasının icraçı katibi Natiq Cəfərli öz fikirlərini Ednews – a paylaşıb...
“Bu həbs deyil saxlanılmadır. Mən ümid edirəm ki, Azərbaycan Məhkəməsi bu səhvi düzəldəcək və Qubad bəy kimi tanınmış bir iqtisadçının və siyasi aktiv fəaliyyəti ilə seçilən bir şəxsin, həbsdə olmaqdansa, azadlıqda qalaraq, müəyyən araşdırmalara, müəyyən istintaq əməllərinə cəlb olunması mümkündür. Ələxsus Qubad bəyin həbsi eyni zamanda Azərbaycanın beynəlxalq imicinə də ciddi mənfi təsir göstərə bilər”.
Əkbər Şəbəndəyev