Azərbaycanlı bloqer Kamran Razmovar ermənilərin daha bir yalanını ifşa edib.
Ednews xəbər verir ki, o, Xankəndidə yaşayan Qarabağ ermənisi, I Qarabağ müharibəsində iştirak edən Qurqenə görüntülü zəng edib. Bloqer kənd sakinindən aclıq barədə soruşduqda o, ermənilərin yalanlarını ifşa eidb.
“Kim deyir biz acından ölürük, hamısı yalandır.Bax, süfrədə erməni plovu var, bu isə qoz mürəbbsəidir. Mənim öz evim var, həyətdə pomidordan tutmuş, limon da becərirəm. Soyuducum da doludur”.
Daha sonra o, separatçı Vaqif Xaçaturyandan da danışıb. O, qeyd edib ki, Vaqifə Laçın keçid məntəqəsindən keçməməyi tövsiyə edib.
“Lakin o, mənə qulaq asmadı, getdi və onu həbs etdilər. Mən də oradan keçməyə qorxuram, axı, müharibə iştirakçısı olmuşam. Həbs olunmaqdan qorxuram”,- deyə o, qeyd edib.
Daha ətraflı videoda izləyə bilərsiniz:
Aynurə Ismayıl