Reuters agentliyinin 1992-ci il Laçın rayonunda lentə aldığı görüntülər üzə çıxıb.
Ednews xəbər verir ki, görüntülər Laçının Vağazin kəndində lentə alınıb. Mart ayında yayımlanan kadrlarda artıq bəzi hissələri ermənilərin işğalında olan kəndin əhalisi yaşadıqları faciələrdən danışır.
80 yaşlı Şiraslan Əlivəndov evinə qayıtmaq istədiyini deyir. O, qeyd edir ki, evdən daş qalsa belə, bu daşların üstündə yatmağa hazırdır, öləndə isə doğma kəndində dəfn olunmaq istəyir.
“Doğma yurdumda 5 günlük həyat mənə bəs edər. Doğma torpağında azad yaşa”.
Sözügedən görüntüləri təqdim edirik: