Lənkəran şəhərində qadını elektrik cərəyanı vurub.
Ednews “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Göyşaban kəndində baş verib.
Kənd sakini 1992-ci il təvəllüdlü Kəmalə Adil qızı İbayevanı elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.