İsrail səfiri azərbaycanlı tələbələrin İsraildə kənd təsərrüfatı sahəsində təhsil alacağını və təlim keçəcəyini bildirib.
Ednews xəbər verir ki, bu barədə səfir Corc Dik tviter hesabında paylaşım edib.
“Böyük sevinclə azərbaycanlı tələbə Turalın vizasını imzalamağa hazırlaşıram. Onlarla azərbaycanlı tələbə ilə birlikdə o, İsraildə kənd təsərrüfatı sahəsində həyatını dəyişdirən təhsil və təlim ilinə hazırlaşır.
Təsəvvür edə bilərsinizmi ki, bu il İsraildə təhsil Azərbaycanın kənd təsərrüfatı təcrübəsinə necə təsir göstərə bilər?”, - deyə cənab səfir postunda qeyd edib.