“İsti günlərdə tez-tez, ancaq kiçik porsiyalarla yemək lazımdır”.
Ednews xəbər verir ki, bu fikirləri rusiyalı dietoloq Lenta.ru saytına müsahibəsi zamanı deyib.
Plotnikovanın fikrincə, burada əsas qayda bədəndə su balansını qorumaqdır. Susuzluğun qarşısını almaq üçün gündə təxminən iki litr su içmək lazımdır.
"Siz təbii şirələr, su əlavə edilmiş yüngül smuzilər, kokos suyu, giləmeyvə, limon və zəncəfil ilə evdə hazırlanmış limonadlar içə bilərsiniz" – deyə, dietoloq qeyd edib.
İstidə qarpız, xiyar, pomidor, portağal, giləmeyvə kimi yüngül və təravətləndirici qidalar seçmək lazımdır. Həmçinin qida rasionuna C vitamini ilə zəngin qidaların, xüsusilə sitrus meyvələri, kivi, ananas və narların daxil edilməsi tövsiyə olunur.
Plotnikova istidə yağlı və ağır qidalardan imtina etməyi, fast food, yarımfabrikat və hisə verilmiş ətlərin istifadəsini məhdudlaşdırmağı tövsiyə edib. Bu qidalar yavaş-yavaş həzm olunur, bu da orqanizmdə əlavə yük yaradır. Onlar salatlar, göyərti, yüngül ət və balıq ilə əvəz edilə bilər. Həmçinin, spirt içməyin - bu, susuzluğu artırır.
Nurlana