“Dövlət başçısı ustad strateq kimi erməniləri onların öz silahları, fəndləri ilə vurur” MİLLƏT VƏKİLİ

Cəmiyyət 12:10 12.08.2023
"Prezident İlham Əliyevin səyləri və Azərbaycan diplomatiyasının təşəbbüsləri yüz minlərlə soydaşımızın indiki Ermənistan Respublikasının ərazisindəki tarixi-etnik torpaqlarından zorla, kütləvi şəkildə deportasiyası məsələsinə beynəlxalq birliyin diqqətini çəkib və sülh danışıqlarının bir komponentinə çevirib".
 
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
 
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti və strateji məharəti ilə ermənilərin Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirdikləri bu tarixi cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əldə edilən uğurlar Ermənistan rəhbərliyini, erməni lobbisini ciddi narahat etməyə başlayıb. Dövlət başçısının 44 günlük Vətən müharibəsindən dərhal sonra Qərbi Azərbaycan tarixinin öyrənilməsi, araşdırılması, tarixi həqiqətlərin beynəlxalq müstəvidə təbliği və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı irəli sürdüyü təşəbbüslər haqsız iddialarla çıxış edən Ermənistan və müttəfiqlərinin danışıqlar prosesində mövqeyini sarsıdıb, gündəliyin tamamilə rəsmi Bakının təşəbbüsü ilə formalaşmasını şərtləndirib. Prezident İlham Əliyevin bu strategiyası 44 günlük Vətən müharibəsinin danışıqlar masasında davamı kimi dəyərləndirilməlidir.
 
Sadiq Qurbanov qeyd edib ki, Prezident 44 günlük Vətən müharibəsinin nəticələrini yalnız Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, milli suverenliyin bütün ölkə ərazisində təmin edilməsi, separatizmə rəvac verəcək bütün zəminləri aradan qaldırmaq vasitəsi kimi deyil, eyni zamanda tarixi imkana çevirərək Ermənistanı azərbaycanlıların zorla deportasiyasına və kütləvi qırğınlara görə cavabdeh saxlayır: "Dövlət başçısı ustad strateq, qrosmeystr kimi erməniləri onların öz ənənəvi silahları, fəndləri ilə vurur. Ermənistanın XX əsrin əvvəlindən başlayaraq mərhələlərlə 1991-ci ilə qədər azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik dövlət yaratması həqiqətini heç kim təkzib edə bilməz. Prezident İlham Əliyev məhz elə bir tarixi şəraitdə, elə bir kontekstdə, formatda bu məsələləri gündəliyə gətirib ki, ermənilər güzgü effekti ilə üz-üzə qalıblar və onların bütün təşəbbüsləri öz əleyhlərinə çevrilir".
 
Komitə sədri vurğulayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsinə bu formada isterik və emosional reaksiya verməsi bundan doğur. Erməniləri tarixi faktlar təkzib edir, Nikol Paşinyanı məhz tarixi sənədlər yalançı çıxarır. Belə ki, SSRİ Baş Prokurorluğunun sənədlərindən aydın olur ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılıb. SSRİ rəhbərliyinin qərarları, rəsmi şəxslərin məruzələri göstərir ki, deportasiya zorla həyata keçirilib.1988-1991-ci illərdə isə azərbaycanlılara qarşı kütləvi şəkildə cinayətlər törədilib. Bu faktlar İrəvanda var və Paşinyan bunları bildiyinə görə sərsəm bəyanat verməyə məcbur qalıb. Ermənilər, onların başçıları Nikol Paşinyan Prezident İlham Əliyevin Ermənistanı tarixi cinayətlərə görə cavabdeh saxlamaq strategiyası qarşısında müdafisəsiz qalıblar. Ermənilər uduzduqlarını, Nikol Paşinyan isə yalnız səngərdə, müharibədə deyil, masada da Prezident İlham Əliyevə məğlub olduğunu başa düşür.
 
S.Qurbanov bildirib ki, dövlət başçısının strategiyası ermənilərin müttəfiqlərini də çətin vəziyyətdə qoyub, çünki rəsmi Bakı onların öz oyun qaydaları ilə haqsız olduqlarını sübut edir, hətta ən qatı erməni tərəfdarları belə deportasiya faktlarını təkzib edə bilmirlər: "Ermənilərin haqsız iddilarını dəstəkləmək, amma Qərbi Azərbaycan məsələsinə səssiz qalmaq mümkün deyil. Dost da, düşmən də bunun fərqindədir və Prezident İlham Əliyev siyasəti diplomatiya müstəvisində də yeni reallıq yaradıb".
 
"AzPoltika.info"

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Hamısı