Xəbər verdiyimiz kimi, Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub. Mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Trend-ə açıqlama verib.
Ednews xəbər verir ki, o, Azərbaycanda hər gün zəif yeraltı təkanların olduğunu deyib.
Onun sözlərinə görə, baş verənlər təbii proseslərdir.
Qeyd edək ki, Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.
Zəlzələnin maqnitudası 4,9, dərinliyi isə 13 kilometrdə yerləşib. Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.