Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi bu gün saat 1.00-da yekunlaşıb.
Ednews xəbər verir ki, müddətli müqavilə ilə vakansiya seçiminə avqustun 21-də start verilib.
Müəllimliyə hər bir namizədə müddətli müqavilə ilə 4 vakant yer seçmək imkanı yaradılıb.
"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə çıxarılıb.