Ölümdən sonra həyatın olub-olmaması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Kimisi öləndən sonra insanın başqa bir aləmdə, başqa bir şəkildə yaşamağa davam etdiyinə, kimisi fərqli vücudda yenidən doğulduğuna, kimisi isə ölümlə hər şeyin bitdiyinə inanır.
Bəs, həqiqətən, ölümdən sonra həyat var?
Bu barədə Ednews-a danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, Ölümdən sonra həyatın olması təkcə dini mətnlərdə yox, eyni zamanda digər qədim yazılarda əksini tapıb:
“Eyni zamanda elm bunu təsdiq edə bilməsə də inkar da edə bilmir. Böyük orta əsr filosoflarından İbn Sina ölümdən sonra dirilmək haqqında fikirlərində bu dirilişi sübut edir və dirilmənin ruhən olacağını irəli sürür. Filosof İbn Rüşd, yəhudi alimi Maymonid və sair filosoflar ölümdən sonrakı həyatın varlığına dair traktatlar yazıblar”.
İlahiyyatçı qeyd etdi ki, Qurani Kərimə göyə həyatın mahiyyəti ölümdən sonra məlum olacaq və insan imtahana cəlb olunacaq:
“Əks halda bu dünyadakı varlığın bir mənası olmazdı. Bir çox xristian alimləri də bu haqda təsdiqedici fikirlərə sahibdir. Raymond Moudinin "Ölümdən sonrakı həyat" kitabında praktiki olaraq kliniki ölüm keçirmiş insanlar danışır və hamısı axirəti göyün döndüyünü, başına gələnləri təsdiq edirlər.
Ölümdən sonra həyatın varlığı Quranda sübut olunub”.
Oğuz