“Sülhün Kökləri” qeyri-hökumət təşkilatının qurucusu, Haydi Kün "Tereza Ana" mükafatını qazanıb.
Ednews xəbər verir ki, BAMF- ın tərəfdaşı olan “Sülhün Kökləri” qeyri-hökumət təşkilatının qurucusu, Haydi Kün Sosial Ədalət 2023 “Tereza Ana” Mükafatına layiq görülüb. Mükafat Haydi Künə təqdim olunub.
BAMF-ın prezidenti Umud Mirzəyev öz təbrikini Sülhün Kökləri təşkilatının rəhbəri Haydi Künə çatdırıb:
“Haydi Kün layiq olduqlarına nail olur. O çox böyük cəsarətlə dünyada mina təhlükəsini dünya insanlarının diqqətinə çatdırmağa çalışır. BAMF və BAMF-ın əməkdaşları da Sülhün Kökləri ilə tərəfdaş olmaqdan qürur hissi keçirir. Biz onu aldığı mükafatına görə bir daha təbrik edirik”.
Qeyd edək ki, bu Haydi Künün 2023-cü il ərzində aldığı sayca ikinci mükafatdır. Qurumun rəhbəri bundan öncə “Ümumdünya Ərzaq Mükafatı” laureatına layiq görülüb. O mükafatı alarkən BAMF-ın dəvətilə Bakıda səfərdə idi.