İntensiv yağıntılar nəticəsində yaranan sel sularının İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yaratdığı problemlər aradan qaldırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Ednews-a verilən məlumata görə, aparılan təxirəsalınmaz işlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.
10:50
***
Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15,8-ci, 17,2-ci və 18,6-cı km hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.
Bu barədə Ednews-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün agentlik tərəfindən işlər aparılır.
Artıq yolun 15,8-ci km hissəsində yol təmizlənərək hərəkət bərpa olunub.