Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılovun oğlu Şamil Cəfərzadə həbs edilib.
Ednews “trend.az”a istinadla xəbər verir ki, barəsində Cinayət Məcəslləsinin 178.3.3-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş başlanılan Ş.Cəfərzadə ilə bağlı məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, Şamil Cəfərzadədən dayısı Mamedov Farxad Salam oğlu şikayət edib. Rusiya vətəndaşı olan və Estoniyanın paytaxtı Tallin şəhərində yaşayan iş adamı bacısı oğluna verdiyi pulların geri qaytarılmasını tələb edib.
Hazırda Bakı Şəhər Baş Polis İdarəsində cinayət işinin istintaqı davam etdirilir.