Nyu-Dehli sammitində Afrika İttifaqı G20-yə daimi üzv qəbul olunub.
Ednews xəbər verir ki, bu barədə bu gün sammitin açılışında çıxış edən Hindistanın baş naziri Narendra Modi elan edib.
55 üzv dövlətin kontinental təşkilatı olan Afrika İttifaqı indi Avropa İttifaqı ilə eyni - tam üzvlüyə malik yeganə regional blok statusuna malikdir. İttifaqın əvvəlki statusu "dəvət olunmuş beynəlxalq təşkilat" idi.
Qeyd edək ki, G20-yə daha əvvəl 19 ölkə və Avropa İttifaqı daxil idi, üzvlər qlobal ÜDM-in təxminən 85%-ni, qlobal ticarətin 75%-dən çoxunu və dünya əhalisinin təxminən üçdə ikisini təmsil edirdi.