Xəbər verildiyi kimi, dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
FHN-dən Ednews-a verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 800 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsi 50 m², 2-ci mərtəbəsi isə 100 m² sahədə yanıb. Evin böyük hissəsi, habelə bitişik evlər yanğından mühafizə olunub.
Hadisə nəticəsində 1 nəfər vətəndaş xəsarət alıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.