Yaralı halda sona qədər döyüşən Azərbaycanın Milli Qəhrəmanı - Riad Əhmədovun HƏYAT TARİXÇƏSİ

Cəmiyyət 11:10 18.09.2023

Ednews Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun həyatı haqqında yazını təqdim edir. 

Əhmədov Riad Fikrət oğlu 1956-cı ilin bu günü Bakıda anadan olub. Orta təhsilini 134 saylı orta məktəbdə alıb. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Institutunda işləyib. 1979-1981-ci illərdə nazirlikdə çalışıb.

1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan R.Əhmədov, daha sonra təhsillə bağlı Minskə yollanıb. Azərbaycana qayıtdıqdan sonra - 1992-ci ildə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdamın  müdafiəsi uğrunda mübarizə aparıb. 38 əməliyyatdan uğurla çıxan Riad Əhmədov ermənilərin qorxulu yuxusuna çevrilən komandirlərdən biri kimi tanınıb.

Onun Azərbaycan hərb tarixinə adını yazdırdığı döyüş isə məşhur Daşaltı əməliyyatı olub. 1992-ci il yanvarın 25-də keçirilən əməliyyatda Azərbaycan Ordusu 90 nəfərdən artıq şəhid verib. Onlarla hərbçimiz itkin düşüb. Əməliyyatda xüsusi təyinatlı dəstənin komandiri olan Riyad Əhmədov da itkin hərbçilərimiz arasında olub.

Daşaltı əməliyyatında düşmənin diqqətini yayındırmaq üçün kəndə göndərilən 11 döyüşçüdən ibarət dəstə bələdçilərin satqınlığı ucbatından düz ermənilərin üstünə gedib çıxıb və mühasirəyə düşüb. Bakıdan gələn yüksək rütbəli iki nəfər Riada deyib ki, sənin əmrin olmadığı üçün döyüşə getməyəcəksən. Onda Riad xidməti vəsiqəsini və tapançasını təhvil verib sıravi döyüşçü kimi kəşfiyyata gedəcəyini bildirib.

Daşaltı əməliyyatı zamanı zabitlərdən ibarət peşəkar qrup formalaşdırılıb. Bu dəstə böyük işlər görüb. Riadgil axşam saat 6-dan 11-ə kimi döyüşüblər. Riad döyüş zamanı yaralansa da, bunu cəbhə yoldaşlarına hiss etdirməyib. Əsgərlərini həvəsləndirmək üçün daimi zarafatlar edib. Döyüş yoldaşları deyir ki, Riad döyüşə yaralı formada davam edib. Lakin getdikcə sayları azalırmış.

Axrıncı dəfə onu döyüşdə möcüzə nəticəsində sağ qalmış İlyas adlı bir döyüşçü görüb. Riad ayağından yaralanıb. İlyas deyib ki, Riad, gəl səni döyüşdən çıxaraq. Razı olmayıb.

Riadın atası Fikrət Əhmədov Sovet dövründə uzun illər partiya-sovet işlərində çalışmışdı. Kommunist Partiyası Mərkəzi Komitəsində elm və tədris müəssisələri şöbəsinin müdiri olmuşdu. 1988-ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmışdı. Uzun illər yüksək vəzifələrdə işləmiş Fikrət Əhmədovun oğlu döyüş bölgəsinə getməyə bilərdi. O, atasının vəzifəsindən və nüfuzundan istifadə etməklə özünə rahat həyat yolu seçmədi. Oturaq işlə kabinetdə məşğul olmağı yox, ön cəbhəni seçdi.

Döyüş yoldaşları deyir ki, Riadın tez-tez işlətdiyi və ən çox sevdiyi ifadə “Bizim işimiz haqq işidir, qələbə çalacağıq!” imiş. Əsgərlərini bu cümlə ilə motivasiya edərmiş.

Daşaltı əməliyyatı uğursuzluqla nəticələnsə də, Riad Əhmədov və cəbhə yoldaşları əməliyyat zamanı ermənilərin 80-ə yaxın canlı qüvvəsini və bir neçə texnikasını məhv ediblər. Bu onun sonuncu döyüşü olub. Daşaltıdan sonra Riad Əhmədovun nə öldüyünü görən olub, nə də ondan xəbər alan olub. Təəssüf ki, bu günə qədər də Riyad Əhmədovla bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, Riad Əhmədov 7 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır. Onun şərəfli döyüş yolunu əks etdirən "İgidnamə" sənədli, "Qayıt Riad" bədii-sənədli və “İtirdiyimiz qəhrəman” - Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov haqqında film çəkilib.

Riad Əhmədovun 2 övladı yadigar qalıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuz bu gün Daşaltını düşməndən azad edib. Daşaltının qisası daş altında qalmayıb. 

Oğuz

İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Hamısı