Laçında qəzada ölənlər “Azərenerji”nin əməkdaşları deyil - RƏSMİ

Ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb. 

Qurumdan Ednews-a verilən məlumata görə, hadisə nəticəsində  həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır. 

Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU