Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanov dəfn olunub.
Ednews-un məlumatına görə, mərhum Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
***
Ötən gün erməni terrorçularının basdırdığı mina partlayışı səbəbindən həyatını itirən polis serjantı Xəzər Zamanov Azər oğlunun nəşi Bakıda yaşadığı evə gətirilib.
Ednews xəbər verir ki, onunla vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınlarıyla yanaşı, rəsmilər, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra Xəzər Zamanov Günəşlidəki Sədərək qəbiristanlığında dəfn olunacaq.