Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadə dəfn olunub.
Ednews Report-a istinadən xəbər verir ki, mərhumun nəşi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.