Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı şəhid olan Qarayev İlkin Yusif oğlu ilə Samux rayonu Seyidlər kəndində vida mərasimi keçirilir.
Ednews Report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin yaxınları, hərbçilər, Samux rayonun idarə və təşkilat rəhbərləri, polis əməkdaşları və sakinlər iştirak edir.
Vida mərasimi başa çatdıqdan sonra şəhid Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, İlkin Qarayev 9 ayın əsgəri olub. O, sentyabrın 19-da Azərbaycan Ordusunun başladığı antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!