Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Ednews xəbər verir ki, Milli Məclisin deputatı Nigar Arpadarai Qənirə Paşayeva bağlı fikirlərini bölüşüb.
"Hər kəs şokdadır. Heç kəsin ağlına gəlmir. Qənirə Paşayeva ən çox sevilən deputatlardan biri idi. Onu hər kəs tanıyırdı, sevirdi. Vətən uğrunda çalışırdı, hər kəsin qəlbində iz qoydu. İllərdir onu tanıyırdım. Çox gözəl, səmimi insan idi. Ailə üzvlərinə çox çətindir. Ona səbr diləyirəm" deyə, N.Arpadarai qeyd edib.
Aynurə İsmayıl