Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanı general-leytenant İlham Abdullayevin vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb.
FHN Mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.
11:52
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanı vəzifəsindən azad edilib.
Ednews “manset.az”a istinadən xəbər verir ki, müvafiq əmrlə FHN-nin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Onun yerinə hələki təyinat yoxdur.