Xəbər verdiyimiz kimi Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin “Füzuli Şəhəri Günü” münasibətilə Füzuli şəhərinə səfəri təşkil edilib.
Ednews xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould özünün "X" hesabında səfərlə bağlı təəssüratlarını bölüşüb.
“Bu mənim Füzuliyə üçünçü səfərimdir. Axırıncı dəfə burada 7 ay əvvəl olmuşam və bu müddətdə çoxlu yenidənqurma işlərinin aparıldığını görürəm. Mən daha çox irəliləyiş görməyi və sakinlərin yeni həyatları ilə necə inteqrasiya olduqlarını görməyi səbirsizliklə gözləyirəm”, - deyə britaniyalı səfir qeyd edib.