“Vaqif Xaçatryanın edam olunmasını istəyirəm”.
Ednews xəbər verir ki, bunu Vaqif Xaçatryanın məhkəməsinin növbəti iclasında zərərçəkmiş qismində çıxış edən Bəsti Behbudova hakimdən tələb edib.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.