Cəmiyyətdə yayılan bayağılığın səbəbi nələrdir? – Sosioloqdan ŞƏRH

Cəmiyyət 13:00 18.10.2023

Son dövrlər insanlar arasında uğursuzluqları ya qismətin, ya da xalqın boynundan asmaq kimi bir tendensiya yaranıb. Məsələn, hər hansı bir yazarın əsəri oxunmayanda, yaxud satılmayanda xalqın mütaliə etmədiyini deyir.

Müğənni mahnısı bayağı olduğu üçün tənqid edildikdə xalqın tələbinin bu olduğunu iddia edir. Ucuz şou xəbərləri ilə bağlı irad dolu fikirlər səslənəndə media nümayəndələri tələbatın bu yöndə olduğunu bildirirlər. Müxalifətçilərimiz isə illərlə hakimiyyətə gələ bilməmələrinin xalqın qorxaqlığı ilə bağlayırlar. Maraqlı məqam isə odur ki, bu xalqı elə bizlər formalaşdırır. Əksəriyyətimiz top atəşinə tuturuq, amma mühitin dəyişməsi üçün bir daşı yerindən tərpətmirik.
Maraqlıdır, doğrudanmı bugünkü bayağılığın səbəbkarı xalqdır? Ümumiyyətlə, dəyərlərdəki bu dəyişikliklərdə müqəssir kimdir?

Sosioloq Əhməd Qəşəmoğlu məsələ ilə bağlı Ednews-a açıqlamasında bildirib ki, hər hansı bir məsələdə dərhal xalqı günahlandırmaq bizim düşmənlərin siyasətinə, arzusuna xidmət edir:

“Bu, mühüm məsələdir. Mən dəfələrlə bu barədə danışmışam, yazmışam. Hətta iki dəfə televiziyada başqası bu barədə danışanda müdaxilə edib fikrimi bildirmişəm. Xalqı günahlandırmaq çox səhv yoldur. Bizim xalqı öz potensialına görə müsbət qiymətləndirilməli olan bir xalqdır. İnsanlar xalqı pislədikcə yaşadıqları ölkədə bir pessimizm yaranır. Əhali arasında ruh düşkünlüyü hökm sürür. Bu isə ölkənin tərəqqisində, sonrakı taleyində böyük rol oynayır. Xarici texnoloqların çox arzuladıqları bir şeydir ki, insanlar öz xalqını pisləməyə başlasınlar. Bu sahədə onların özü  də müəyyən fəaliyyətlər göstərirlər. Ölkədə marağı olan qüvvələr çalışırlar ki, bu kimi fikirləri yaysınlar. Hətta bir də görürsünüz ki, bir qism adam Nizamini, Füzulini tənqid edir. Ən müqəddəs saydığımız kim varsa, hamısını aşağılamağa çalışırlar. Hər hansı bir ölkədə öz planlarını həyata keçirməyin ən effektli yollarından biri xalqı gözdən salmaqdır. Ona görə də  ölkədəki yaxşı şeyləri tənqid edənlər həm müəyyən təriqətlərin nümayəndələri, həm də siyasi dairələrdir. 

Biz çalışmalıyıq ki, bu məsələlərdə başqalarının əlində oyuncaq olmayaq. Əksinə bizİm xalqın yaxşı cəhətlərindən söz açaq, çünki xalqımızın o qədər yaxşı cəhərləri var ki... Biz dünyada böyük sivilizasiyalar quran Türk xalqının nümayəndəsiyik. Biz Nizamilər, Nəsimilər, Füzulilər yetişdirmişik”.

Əhməd Qəşəmoğlu hesab edir ki, öz uğursuzluqlarını başqalarının ayağına yazmaq insanlarda özünü sakitləşdirmə psixologiyasıdır:

“Psixologiyada belədir ki, insanda bir uğursuzluq olanda tez günahı ətrafındakında axtarır, lakin bu, hər adamda  baş vermir. İnsan əsasən, özü dayaz olanda günahı başqasında axtarmağa başlayır. Bunu siz körpə uşaqlarda da müşahidə edə bilərsiniz. Məlumdur ki, iki-üç yaşındakı uşaq hələ tam sosiallaşmır. Ona görə də bir şey olanda hamını günahlandırır, çalışır ki, özü məsələdən uzaq olsun. Amma insanın dərrakəsi inkişaf elədikcə özünün günahını da fikirləşməyə başlayır. Ümumiyyətlə, dərrakəli adamlar günahı, adətən, özlərində axtarırlar. Şəxsən mənim özümdə də hər hansı bir uğursuzluq olanda xalqı pisləməmişəm. İndi şair kimi də fəaliyyət göstərirəm. Bildirim ki, 1960-70-cı illərdə Azərbaycan oxucusu indikindən daha fəal idi. Amma bu, ona haqq qazandırmır ki, biz xalqı günahlandıraq. İndi sosial proseslər başqa cür baş verir. Bunları nəzərə alıb elə güclü bir şey yazmaq olar ki, həmin yazı diqqəti cəlb edər. Burada günahı xalqda axtarmaq zəif iradənin nəticəsidir və əvvəldə də qeyd etdiyim kimi, daha çox düşmən maraqlarına xidmət edir”.

Oğuz

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
Hamısı