Biləsuvarda məktəbli qız ağır xəsarət alıb.
Ednews xəbər verir ki, hadisə Biləsuvar şəhərində baş verib.
Belə ki, Biləsuvar şəhər sakini 2009-cu il təvəllüdlü İmanova Ceyhunə Ceyhun qızı yolu qaçaraq keçmək istəyərkən, büdrəyərək yıxılıb.
Bu zaman onun ayağı yaxınlıqdan keçən kamazın təkəri altında qalıb. Zərərçəkmiş Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun aldığı xəsarət ağır olduğundan Bakıya, xəstəxanalardan birinə yola salınıb.