“Azərbaycanda elektrik enerjisinin idxalı 17 dəfə azalıb, ixracı 3 dəfədən çox artıb” – Komitə sədri

Cəmiyyət 16:12 20.10.2023

“Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır”.

Ednews xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun parlamentin stenoqramına təqdim etdiyi çxışında deyilir.

Millət vəkili xatırladır ki, 42 il əvvəl, 20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub: “Ölkə Prezidenti, cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib. Ölkə iqtisadiyyatının tənzimlənməsində elektroenergetika sənayesinin çox böyük əhəmiyyəti vardır. Dövlətin iqtisadi gücünü və əhalinin yaşayış tərzini müəyyən edən əsas göstəricilərdən biri, əlbəttə, energetika sənayesinin inkişafıdır. Elektroenergetika sənayəsinin bu günki səviyyəsi ümummilli lider Heydər Əliyevin adı ilə üzvi surətdə bağlıdır. SSRİ dövründə Azərbaycan sənayesinin demək olar ki, bütün sahələri iqtisadi tənəzzül dövrünü yaşayırdı. Məhz Heydər Əliyev fenomeni ölkənin iqtisadi müstəqilliyinin təminatında sənayenin hər bir sahəsinə böyük inkişaf gətirdi. Elə bu dövrdə energetika sahəsinin yerini və rolunu düzgün qiymətləndirərək onun inkişafına güclü təkan verilmişdir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanın qlobal çağırışlara və müasir inkişaf meyillərinə uyğun enerji gələcəyində və dünyanın enerji təhlükəsizliyi sistemində elektrik enerjisi ixrac edən ölkə kimi yer tutmasında mühüm rol məhz elektroenergetika sektoruna məxsusdur. ““Azərbaycanın çox güclü energetika potensialı olacaqdır” - deyən dövlət başçısı bu sahənin inkişafına ilk vaxtlardan yüksək diqqət yetirdi. Hazırda ölkəmizdə 78 stansiya fəaliyyət göstərir: bunlardan 22-i istilik elektrik stansiyası, 39-u su, 5-i külək, 8-i günəş enerjisi ilə işləyən stansiyalardır. Həmçinin 3 hibrid elektrik stansiya və 1 bioenerji elektrik stansiyası fəaliyyətdədir”, - o qeyd edib.

S.Qurbanov bildirir ki, son 20 il ərzində generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edildi. Onun sözlərinə görə, həmçinin Gürcüstan, Rusiya, İran və Türkiyə ilə enerji sistemlərinin əlaqələndirilməsi sayəsində elektrik enerjisi mübadiləsi və ticarəti həyata keçirilir. “Bütün bunların nəticəsi olaraq ölkəmizdə elektrik enerjisinin istehsalı 2003-cü illə müqayisədə 37% artıb. Bu müddətdə elektrik enerjisinin idxalı 17 dəfə azalıb, ixracı isə 3 dəfədən çox artıb”, - o xatırladır.

Millət vəkili 2003-dən ölkəmizin enerji strategiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının danılmaz fakt olduğunu deyir: “Bu mərhələdə Ulu Öndərin müəllifi olduğu neft strategiyasının hədəfləri reallaşdı. Azərbaycan neft və qazının dünyaya çatdırılması marşrutları - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri istifadəyə verildi. Dünyanın ən böyük qaz-kondensat yataqlarından olan "Şahdəniz"də hasilat başladı. Azərbaycan 2007-ci ildən qaz idxal edən ölkədən qaz ixracatçısına çevrildi. Ölkədə neft hasilatı 2010-cu ildə pik səviyyəyə - 50,8 milyon tona çatdı. Lakin Azərbaycan Prezidenti bu uğurlarla kifayətlənmədi və böyük uzaqgörənliklə ölkənin neft-qaz sektorunun gələcəyi ilə bağlı öz strateji baxışını irəli sürdü. İmkanlardan maksimum istifadə, fürsətlərin vaxtında və düzgün dəyərləndirilməsi nəticəsində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi növbəti mərhələyə daxil oldu. "Ümid", "Abşeron", "Qarabağ" yataqları kəşf olundu, güclü enerji tərəfdaşlıqları quruldu, nəhəng "Cənub qaz dəhlizi" ərsəyə gəldi”.

Komitə sədri qeyd edir ki, enerji böhranı dövründə Azərbaycan Avropanın enerji təchizatını şaxələndirən ölkə, enerji təhlükəsizliyinin təminatında etibarlı strateji tərəfdaşa çevrildi. Onun sözlərinə görə, 2021-ci ildə Avropaya 8.2 milyard kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40 faiz artımla mümkün ən yüksək səviyyəyə - 11.4 milyard kubmetrə çatdırıldı. “Ümumiyyətlə, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyə 24.3 milyard kubmetr, Avropa isə 28.7 milyard kubmetr Azərbaycan qazı ilə təchiz edilib. Bu il ölkədə qaz hasilatı 48.7 milyard kubmetr, ixrac isə 24 milyard kubmetr proqnozlaşdırılır”, deputat vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, elektroenergetika sisteminin bu cür inkişaf dinamikası da təsdiqləyir ki, Azərbaycan Prezidentinin verdiyi sözlər, qarşıya qoyduğu hədəflər mütləq reallaşır: “Dövlət başçısı yeniliklərə çevik reaksiyası ilə də inkişaf proseslərinin önündə addımlayan, əhəmiyyətli dəyişikliklər yaradan və bu dəyişiklikləri düzgün yönəldən liderdir. Bərpaolunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, Xəzəri "yaşıl enerji mərkəzi"nə, Qarabağ - Şərqi Zəngəzur və Naxçıvanı "yaşıl enerji zonası"na, Azərbaycanı isə "yaşıl enerji"nin təchizatçısına çevirməklə bağlı strateji hədəflər məhz yenilikçi, müasir yanaşmalara əsaslanan liderliyin təzahürləridir. Təsadüfi deyil ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" beş prioritetdən biri kimi müəyyənləşdirilib və "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda "yaşıl enerji məkanı" məqsədi üzrə mühüm tədbirlər təsbit edilib. Buradan da göründüyü kimi, Azərbaycanda bərpaolunan enerji mənbələrindən geniş istifadə ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı deyil. Az karbonlu enerji sistemi, dayanıqlı gələcək qurmaq və xaricdə enerji gücümüzə olan tələbatı ödəmək məqsədi daşıyır”.

Komitə sədri xatırladır ki, 2020-ci ildə Səudiyyə Ərəbistanının "ACWA Power" və BƏƏ-nin "Masdar" şirkətləri ilə 240 MVt gücündə külək və 230 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan "yaşıl enerji" tərəfdaşlığımızın miqyası qısa müddətdə genişləndi. Onun sözlərinə görə, az bir vaxtda "Masdar", "ACWA Power", bp, "Fortescue Future Industries", China Gezhouba Group Overseas Investment", "Total Energies", "Nobel Energy" və "A-Z Czech Engineering" şirkətləri ilə ümumi gücü 28 QVt-dan çox layihələrə dair əməkdaşlıq sənədlərinin imzalanması məhz Azərbaycan Prezidentinin "yaşıl enerji" kursuna beynəlxalq marağın, ölkəmizin "yaşıl gələcəyi"nə olan inamın göstəricisidir.

“Bəli, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bütün bu sahədə görülən işlər cənab Prezidentin siyasəti və Azərbaycan energetiklərinin fəaliyyəti ilə bağlıdır”, - Sadiq Qurbanov vurğulayıb.

Çıxışının sonunda millət vəkili energetiklərə peşə bayramı günü münasibəti ilə təbriklərini çatdırıb.

 

2a7997ef-b565-46b4-913a-fd0f4e195548.jpg

6a226513-5a15-4ba2-9df3-7bd1ebe2786c.jpg

Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO

Xəbər xətti

Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Hamısı