Niyə gənclər xaricdə təhsilə üstünlük verir? - SƏBƏBLƏR

Cəmiyyət 17:30 20.10.2023

Azərbaycandan təhsil və ya iş üçün xaricə gedən gənclərin sayı get-gedə çoxalır. Təbii ki, beyin köçü halının hər ölkə üçün müxtəlif səbəbləri var. Gəncləri təhsil üçün xaricə üz tutmağa nə vadar edir? Bu vəziyyət ölkəyə nə dərəcədə təsir edir?

Mövzu ilə bağlı Ednews-a danışan təhsil eksperti Kamran Əsədov xaricdə təhsil almağa gedənləri üç qrupa bölündüyünü bildirib. O, qeyd edib ki, ilk növbədə qeyd etmək lazımdır ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır.  

“Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri, əsasən, bir neçə qrupa bölmək olar. 

Onlardan birincisi Dövlət İmtahan Mərkəzi tərəfindən keçrilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur.  

İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün onlar xarici ölkələrə üz tuturlar. 

Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər”.

Gənclərin yerli universitetlərdən razı qalmamasının əsas səbəbləri, ali təhsil müəssisələrindəki zəif idarəetmə olduğunu deyən ekspert vurğulayıb ki, hazırda, Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir və 164 mindən çox insan təhsil alır.  

“Təəssüf ki, bizim bu qədər universitetin heç biri dünya reytinq cədvəlində yoxdur. Ölkəmizin universitetlərinin çoxunda infrastruktur müasir standartlara cavab vermir. Yeməklər yoxdur və  tələbə yataqxanaları fəaliyyət göstərmir. Tələbələrin sosial fəaliyyəti yox dərəcəsindədir. Ali təhsil ocaqlarının tədris resursları XX əsrin 80-90 - cı illərdən qalmadır. Mühazirə, qayıb kimi üsullar hələdə istifadə olunur ki, bu da bizim universitetlərin geridə qalmış olduğunu göstərir. Azərbaycan universitetləri ancaq biznes obyekti kimi fəaliyyət göstərir və heç bir tutarlı beynəlxalq lahiyə həyata keçirilmir. Bu da, düşünürəm ki, gənclərin daha keyfiyyətli təhsilə üz tutmasına səbəb olur”.

Ekspert xarici universitetlərin bundan necə öz mənafeləri üçün faydalandıqlarını açıqlayıb.

“Azərbaycan dövləti tərəfindən həyata keçirilən xaricdə təhsil dövlət proqramı başa çatandan sonra xarici dövlətlər və onların ali təhsil müəssisələri tərəfindən tələbələrin cəlbi prosesi başlayıb. Əlbətdə ki, bu kimi proqramlar iki ölkə arasında bağlanmış müqavilələr əsasında tənzimlənir. Həmin universitetlər bu yolla öz reytinqlərini artırırlar. Gələcəkdə həmin universitetlər xarici vətəndaşların öz vəsaitləri hesabına tələbə cəlbinə təsir göstərməkdə maraqlı olurlar. Çünki, hər bir universitetin beynəlxalq reytinqinə orada təhsil alan xarici ölkə vətəndaşlarının sayı ciddi təsir götərir”. 

Beyin köçünün sadəcə Azərbaycanda deyil, genişmiqyaslı bir hadisə olduğunu qeyd edən K.Əsədov beyin axınının başqa bir səbəbindən də danışıb.

“Bir məqamı da qeyd edim ki, miqrasiya prosesinin idarəolunmaz tərəfi kimi inkişaf etməkdə olan ölkələrdən intellekt axını, "beyin köçü" və yaxud "beyin axını" göstərilir. "Beyin axını" - yüksək ixtisaslı mütəxəssislərin öz ölkələrində normal yaşam tərzi qura bilməyərək xarici ölkələrə miqrasiya etməsidir. Anlayış elmi ədəbiyyata ilk dəfə Britaniya Kral Cəmiyyətinin hazırladığı hesabatdan sonra daxil olub. Belə ki, 1962-ci ildə mühəndis, texnik və alimlərin Böyük Britaniyadan ABŞ-a miqrasiya etməsindən sonra istifadə olunmağa başlanıb. "Beyin axını" məsələsi bütün dünyada səs-küyə səbəb olmuş və dünya alimləri "Brain Drain" anlayışını eyni mənada işlətməyə başlamışlar. Türkiyənin tanınan alimlərindən Muhammer Kaya hesab edir ki, yüksək təhsil səviyyəsi ilə fərqlənən, öz ixtisası üzrə mütəxəssis hesab olunan insanların vətənini tərk edərək güclü dövlətin ali, elmi, transmilli şirkətlərində səadət axtarması elmi-texniki inkişafa təkan verməklə yanaşı, vətəndaşları olduqları dövlətlərə ciddi zərbə vurur. Onu da əlavə edim ki, "beyin axını", daha doğrusu, yüksək səviyyəli alimlərin onlar üçün əlverişli yerlərdə yığışması (məsələn, İkinci Dünya müharibəsi ərəfəsində və ondan sonra ABŞ-da toplanması) elmin və texnikanın güclü inkişafına gətirib çıxardı. Elm və texnika isə elə şeydir ki, bu, yalnız konkret ölkənin malı olaraq qalmır, bütün bəşəriyyət bundan istifadə edir”.

Ölkə üçün əhəmiyytli kadrları əldə saxlamaq üçün ekspert öz təklifləri irəli sürərək fikrini nəticələndirdi.

“Xaricə getmək çox da narahatlıq yaratmamalıdır, ancaq ölkə üçün əhəmiyyətli alimlər, elmin inkişafı üçün ölkədə olmaları mütləq sayılan şəxslərin xaricə getməsi təhlükəlidir. Bu mənada təhsil sahəsində çalışanların maaşlarının artırılmasına diqqət ayrılmalıdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması üçün bu proqramın bərpa olunması vacibdir. Lakin, ümid edirəm ki, daha çox Azərbaycanda ehtiyac olan ixtisaslar üzrə gənclər təhsil almağa göndəriləcək. Çünki, bir çox ixtisaslar üzrə onsuz da ölkədə kifayət qədər sayda kadr hazırlığı həyata keçirilir. Eyni zamanda xaricdə, nüfuzlu universitetlərdə təhsil almış şəxslərə xüsusi güzəştlər etmək lazımdır”.

Fərid Axundov

 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Hamısı