İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sabiq rəisi Cavanşir Eldar oğlu Nuriyev yeni vəzifəyə təyin edilib.
Ednews xəbər verir ki, C.Nuriyev Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşaviri təyin olunub.
Qeyd edək ki, Cavanşir Nuriyev ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur.