Abşeronda it oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə, rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 20-də Ceyranbatan qəsəbəsi ərazisindən qəsəbə sakini C.Məmmədova məxsus 2000 manat dəyərində iti oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini R.Şahbazov saxlanılıb.
Araşdırma aparılır.