Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində küçəyə atılan körpələrin səhhəti barədə açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə iki uşaq - iki yaşlı oğlan və dörd aylıq bacısı gətirilib:
“Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Pediatriya Şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir”.
09:33
Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, uşaqların qəyyum olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub
***
09:26
Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, uşaqlar bacı və qardaşdırlar.
Uşaqlardan biri 4 aylıq körpə qızdır.
Digəri isə 3 yaşlı oğlan uşağıdır.
Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətiriliblər.
Ednews