Naxçıvanda Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib

Cəmiyyət 18:39 29.10.2023

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Türkiyənin Naxçıvandakı Baş Konsulluğu tərəfindən tədbir təşkil edilib.

 

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, digər rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

 

Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, qardaş ölkələrin dövlət himnləri səsləndirilib.

 

Baş konsul Asip Kaya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümü münasibətilə xalqına ünvanladığı təbrik məktubunu oxuyub. Asip Kaya həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz 2023-cü ili qardaş ölkələrimiz üçün uğurlu il kimi qiymətləndirib, bu il dövlət başçılarımızın Naxçıvandakı görüşünün ikitərəfli münasibətlərin inkişafında daha bir mühüm mərhələ olduğunu diqqətə çatdırıb.

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubundan sitatlar gətirərək qeyd edib ki, 100 il öncə çox çətin şəraitdə tarixi zəfər çalaraq istiqlaliyyətini əldə edən Türkiyə bu gün müasir dünya nizamında öz sözünü deyə bilən, qabaqcıl ölkələr sırasında yer alan güclü bir dövlətdir:

 

"Milli liderlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin böyük uzaqgörənliklə başlatdığı və dövlət başçılarımız tərəfindən daha da inkişaf etdirilən birlik, dostluq və qardaşlıq əlaqələri bu gün ölkələrimizi qlobal müstəvidə qüdrətli edən mühüm amildir. Türkün qapısı Naxçıvan isə bu münasibətlərin inkişafında müstəsna rol oynayır. Ölkə başçılarımızın Naxçıvan görüşündə verdiyi mesajlar da bu mənada qətidir. Naxçıvan qısa zamanda iki ölkə arasında önəmli nəqliyyat, logistika və enerji mərkəzinə çevriləcək".

 

F.Nəcəfli Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqına rifah və firavan həyat arzulayıb, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kayaya Şuşa Bəyənnaməsinin imzalanması zamanı çəkilən portreti təqdim edib.

 

Tədbirdə Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş marş səsləndirilib və videoçarxlar nümayiş etdirilib.

 

Həmçinin Baş Konsulluğun təşkil etdiyi fotosərgiyə də baxış olub.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı