Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Ednews xəbər verir ki, hadisə Lənkəran şəhərinin Hənifə Abdullayev küçəsi 15 ünvanında qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini 1980-cı il təvəllüdlü Malik Zəkəriyyə oğlu Əsgərov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Salyan şəhər sakini 2005-ci il təvəllüdlü Jalə Rafət qızı Eyvazlını vurub.
Yaralı dərhal Lənkəran şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, J.Eyvazlı Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.