2023-cü il oktyabr ayının 1-nə işğaldan azad edilmiş rayonlarda iribuynuzlu heyvanların sayı 187 min 331 baş, xirdabuynuzlu heyvanların sayı isə 747 min 808 baş təşkil edib.
Ednews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalarda deyilir.
Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Ağdam (47 449 baş), Laçın ( 40 960 baş) , Kəlbəcər( 35 835 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Kəlbəcər ( 179 235 baş), Laçın ( 152 945 baş), Füzuli ( 138 638 baş) rayonlarındadır.
Əlavə edək ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 223.2 min baş təşkil edib.