"Deportasiya zamanı bizdən "könüllü" getməyimizlə bağlı imza tələb etdilər".
Ednews xəbər verir ki, bu sözləri Qərbi Azərbaycanın ( indiki Ermənistan respublikası) Zəngəzur mahalının Qafan rayonu Kürüt kənd sakini Hacıyev Tamxil Zirəddin oğlu müsahibəsində söyləyib.
Keçmiş sakin, müsahibəsində Qərbi azərbaycanlıların deportasiyası zamanı və öncəsi ermənilərin onlara - Qərbi azərbaycanlılara qarşı törədilən vandalizm aktlarına, türk millətinə göstərilən münasibətlərə və erməni-türk xalqları arasında baş verən maraqlı qarşıdurmalara toxunub.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirtdiyi Qərbi Azərbaycanlıların Deportasiyasının virtual muzeyinin yaradılması ilə əlaqədar layihəsi davam etməkdədir.
Daha ətraflı video - reportajda:
Əkbər Novruz