Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının professoru vəfat edib.
Bu barədə Ednews-a universitetdən xəbər verilib.
Qeyd edilib ki, ADPU-nun professoru Kamil Bəşirov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Kamil Bəşirov 1955-ci ildə Yevlax rayonunda anadan olub. 1975-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini bitirib. 1982-ci ildən APİ-nin (indiki ADPU) 2 nömrəli korpusunda tədris üzrə dispetçer, 1990-cı ildən laborant, müəllim, baş müəllim, dosent vəzifələrini tutub. 7 kitabın, 100-dən artıq elmi məqalənin müəllifi olub.