"Kənd komendantı bizə gülərək dedi ki, biz bura erməniləri qorumağa gəlmişik, sizləri yox. Biz sizi istəsək elə burdaca öldürə bilərik və buna görə də bizi heç kəs məsuliyyətli bilməz".
Ednews xəbər verir ki, bu sözləri Qərbi Azərbaycanın ( indiki Ermənistan respublikası) Basarkeçər rayonunun Nərimanlı kənd sakini Mürvət Yusifov Ömür oğlu müsahibəsində söyləyib.
Keçmiş sakin, müsahibəsində Qərbi azərbaycanlıların deportasiyası zamanı və öncəsi ermənilərin onlara - Qərbi azərbaycanlılara qarşı törədilən vandalizm aktlarına, türk millətinə göstərilən münasibətlərə toxunub.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirtdiyi Qərbi Azərbaycanlıların Deportasiyasının virtual muzeyinin yaradılması ilə əlaqədar layihəsi davam etməkdədir.
Daha ətraflı video - reportajda:
Əkbər Novruz